TDT müsəlman dini idarə rəhbərləri İlham Əliyevə müraciət ünvanladı

Hazırda oxunan: TDT müsəlman dini idarə rəhbərləri İlham Əliyevə müraciət ünvanladı

636517

Türk Dövlətləri Təşkilatı (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri Prezident İlham Əliyevə müraciət ediblər.

Bizim.Media xəbər verir ki, müraciətdə TDT müsəlman dini idarə rəhbərləri Şurasının Bakıda keçirilən 7-ci görüşünün, eləcə də görkəmli azərbaycanlı alim-mütəfəkkir Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş Birinci Beynəlxalq elmi-praktiki Konfransın yüksək səviyyədə təşkilinə göstərilən diqqət və himayəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlıq ifadə olunub.
 

Dini liderlər Azərbaycanın multikulturalizm və tolerantlıq modelini, məzhəblərarası anlaşma və sivilizasiyalararası əməkdaşlığın təşviqində ölkənin rolunu yüksək qiymətləndiriblər. Müraciətdə Prezident İlham Əliyevin dinlər və mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş təşəbbüslərinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.


TDT müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri Azərbaycanın əldə etdiyi uğurları, Qarabağda aparılan bərpa və quruculuq işlərini, Böyük Qayıdış prosesini və Türk dünyası ölkələri ilə mənəvi həmrəyliyin gücləndirilməsini də yüksək dəyərləndiriblər.

Müraciətin sonunda Prezident İlham Əliyevə Azərbaycanın beynəlxalq müstəvidə daha böyük uğurlara imza atması istiqamətində fəaliyyətində uğurlar arzulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin