ÇXR Sədri Si Sinpin beynəlxalq münasibətlərdə "güclü olan haqlıdır" məntiqindən imtina etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, o, Yeni-Dehidə keçirilən BRİKS sammitində çıxış edərkən bildirib ki, beynəlxalq qaydalar bütün ölkələr tərəfindən birgə işlənib hazırlanmalıdır.
"Qaydaları olmayan dünya işıqforu olmayan yol ayrıcına bənzəyir: xaos və nizamsızlıq qaçılmazdır. Qərəzsizlik və ədalət insanların ümumi istəkləridir", – deyə Si Sinpin bildirib.
Onun sözlərinə görə, gücün digər dövlətlərə şərtlərdə diktə etmək hüququ verdiyi məntiq əsassızdır və rədd edilməlidir.
Si Sinpin, həmçinin Qlobal Cənub ölkələrini beynəlxalq hüququ, dövlətlərin suveren bərabərliyini, daxili işlərə qarışmamaq prinsipini və mübahisələrin sülh yolu ilə həllini birgə qorumağa çağırıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:50 / 13.09.2026
Si Sinpin: Dünya işıqforu olmayan yol ayrıcına bənzəyir
Hazırda oxunan: Si Sinpin: Dünya işıqforu olmayan yol ayrıcına bənzəyir
Hazırda oxunan: Si Sinpin: Dünya işıqforu olmayan yol ayrıcına bənzəyir
636447
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































