Rusiya qoşunları aviasiya bombaları (KAB) ilə İzyum şəhərinə zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov yayıb.
Zərbələr nəticəsində yaşayış evləri dağılıb, minik avtomobilləri zədələnib.
Hücum zamanı 56 yaşlı kişi, 34 yaşlı qadın və 2 aylıq körpə daxil olmaqla ümumilikdə üç nəfər xəsarət alıb.
Bizim.Media































































































