Vəkilliyə qəbulla bağlı test imtahanına elektron müraciət başlayıb

Hazırda oxunan: Vəkilliyə qəbulla bağlı test imtahanına elektron müraciət başlayıb

636494

Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının növbəti test mərhələsində iştirak etmək üçün elektron sənəd qəbulu başlayıb.

Bu barədə Bizim.Media-ya Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, növbəti test mərhələsində iştirak üçün bütün müraciətlər yalnız elektron formada qəbul olunur.

Qaydalara əsasən, elektron müraciət etmək istəyən namizədlər VK-nin rəsmi internet səhifəsindəki "Vəkilliyə qəbul" bölməsinə daxil olaraq açılan pəncərədən "Namizəd qeydiyyatı"na keçid etməlidirlər.
 

Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə edilmiş razılığa əsasən, test imtahanının dəqiq tarixi və digər ətraflı məlumatlar yaxın günlərdə açıqlanacaq.


Həmçinin namizədlər onlayn qaydada hazırlanan videotəlimatla tanış olaraq müraciət və qeydiyyat prosesini rahatlıqla həyata keçirə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin