Türk dili Suriyada tədris olunacaq

Hazırda oxunan: Türk dili Suriyada tədris olunacaq

636456

Suriya türk dilinin fənn kimi tədris olunması ideyasını dəstəkləyib.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqdə suriyalı həmkarı Əsəd əş-Şeybani ilə birgə mətbuat konfransında bildirib.

O, qeyd edib ki, son iki il ərzində Ankara və Dəməşq arasında münasibətlərin inkişafı əhəmiyyətli dərəcədə sürətlənib.

Onun sözlərinə görə, Suriyada ölkənin bütün sakinlərinin bərabər hüquqlu vətəndaşlığını təmin etmək, dini və ya etnik mənsubiyyətinə görə təqiblərə məruz qalmadan öz şəxsiyyətini sərbəst ifadə etmək imkanına zəmanət vermək vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin