Rusiyanın məqsədi yalnız şərqdə ayrı-ayrı əraziləri ələ keçirmək deyil, bütövlükdə Ukraynada siyasi kollaps yaratmaq və bununla da ölkəni tamamilə işğal etməkdir.
Bizim.Media xəbər verir ki, bunu Estoniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Yonatan Vseviov bəyan edib.
Diplomat 1939-cu ildə Moskvanın Estoniyadan kiçik baza yaratmaq tələbini, lakin bir ildən keçəndən sonra ölkənin işğalını xatırladaraq "Ərazi – vasitədir, Ukrayna – məqsəddir. Təslim olmayacağıq" çağırışını edib.
Xatırladaq ki, bundan əvvəl Rusiya PUA-ları Ukrayna-Polşa sərhədində yerləşən "Yaqodin — Dorohusk" beynəlxalq keçid məntəqəsini atəşə tutub.
"Ukrzaliznytsia"nın ehtimallarına görə, hücum edən dronun əsas hədəfi göyərtəsində Avropa İttifaqına üzv olan bir neçə dövlətin təhlükəsizlik üzrə müşavirlərinin də olduğu diplomatik qatar olub.
Bizim.Media































































































