Həkimdən stressə qarşı tövsiyə:həftədə 100 qram bu balıqdan yeyin

Hazırda oxunan: Həkimdən stressə qarşı tövsiyə:həftədə 100 qram bu balıqdan yeyin

636501

"Həftəlik qida rasionuna 100 qram kapelin balığının daxil edilməsi iş qabiliyyətini artırır və stressli vəziyyətlərlə daha asan mübarizə aparmağa kömək edir".

Bizim.Media "Lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə diyetoloq Anna Quseva danışıb.
 

Mütəxəssisin sözlərinə görə, kapelin balığının faydası onun tərkibindəki qida maddələrinin balansı ilə bağlıdır.


Belə ki, bu balıqda B12 və B6 vitaminləri, omeqa-3 yağ turşuları, maqnezium, fosfor və kalium orqanizmin stress zamanı ehtiyac duyduğu nisbətdə mövcuddur.

“Maqnezium təbii rahatlaşdırıcıdır. O, neyronların həddindən artıq oyanıqlığını azaldır, kompüter qarşısında uzun müddət oturmaqdan yaranan boyun və çiyin gərginliyini aradan qaldırır, həmçinin yuxunu normallaşdırır. Kalium isə maqneziumla birlikdə işləyərək onun təsirini gücləndirir və qan təzyiqindəki kəskin dəyişikliklərin qarşısını alır”, – deyə həkim izah edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin