Nazir: Çimərlik polosu üzrə beynəlxalq yarış ölkəmizdə çox uğurla təşkil olundu

Hazırda oxunan: Nazir: Çimərlik polosu üzrə beynəlxalq yarış ölkəmizdə çox uğurla təşkil olundu

636422

Bakı dünyanın idman paytaxtıdır və bu il müxtəlif idman növləri üzrə ilk dəfə genişmiqyaslı beynəlxalq yarışlar keçiririk. Ölkəmizdə ilk dəfə təşkil olunan çimərlik polosu üzrə turnir də növbəti idman bayramı oldu.

Bizim.Media  xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov "Sea Breeze 2026" beynəlxalq turnirinin mükafatlandırma mərasimindən sonra deyib.

Yarışın yüksək səviyyədə təşkil edildiyini bildirən nazir deyib:

"Yaradılan şəraitə görə “Sea Breeze” rəhbərliyinə təşəkkür edirəm. Çimərlik polosu üzrə yarış Azərbaycanda ilk dəfə keçirildi və çox uğurla təşkil olundu. Ümumiyyətlə, Atçılıq Federasiyası çox aktivdir. Növbəti ildə də federasiya tərəfindən paytaxtımızda yeni yarışlar və sürprizlər olacaq".

Nazir tədbirin idmançılar üçün əlamətdar olduğunu vurğulayıb:

"İkiqat sevindirici haldır ki, idmançılarımız qalib gəldilər. Komandamız Sankt-Moritsdə də dəfələrlə çıxış edərək müxtəlif yerlər tutub, qızıl medallara layiq görülüb. Bu gün isə çimərlik polosu üzrə doğma Vətənimizdə, dünyanın idman paytaxtında birinci oldular. Bu münasibətlə hər kəsi təbrik edirəm".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin