Mərkəzi Bankda yeni şöbə yaradıldı - Departamentin adı dəyişdi

Hazırda oxunan: Mərkəzi Bankda yeni şöbə yaradıldı - Departamentin adı dəyişdi

636491

Azərbaycan Mərkəzi Bankında (AMB) “Bazar davranışlarının tənzimlənməsi departamenti”nin adı dəyişdirilərək “Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti” olub.

Bizim.Media xəbər verir ki, yeni Əsasnaməyə əsasən, departament bank və sığorta şirkətlərində bazar davranışlarına birbaşa nəzarət edəcək, yoxlama və monitorinqlər aparacaq, risk profillərini müəyyənləşdirəcək və test məqsədli alışlar həyata keçirəcək.

Departamentə əvvəlki kimi Tamerlan Əliyev rəhbərlik edir.

Bundan başqa, AMB-də Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsi yaradılıb. Şöbəyə III “Yüksəliş” müsabiqəsinin qalibi İlahə Baxışova-Tahirli rəhbər təyin olunub. (apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin