Dünyanın ən uzun tikilisi bu şəhərdədir?

Hazırda oxunan: Dünyanın ən uzun tikilisi bu şəhərdədir?

636531

Ukraynanın Lutsk şəhərində uzunluğu təxminən 3 kilometr olan və 38 müxtəlif hündürlüklü binanı birləşdirən yaşayış kompleksi yerləşir. Bu tikili dünyanın ən uzun evi hesab olunur.

Bizim.Media xəbər verir ki, şəhərin mədəni irsin qorunması şöbəsinin rəhbəri Aleksandr Kotisin sözlərinə görə, kompleks kosmosdan arı pətəyini xatırladan altıbucaqlı formada görünür.

5 və 9 mərtəbəli binalar iki prospekt boyunca uzanır və ümumilikdə 156 girişdən, 3 mindən çox mənzildən ibarətdir. Burada təxminən 7 min insan yaşayır.

Tikintisinə 1969-cu ildə başlanılan kompleksin sakinləri bənzər həyətlər səbəbindən insanların bəzən məhəllədə yolu azdıqlarını bildirirlər.
 

Kompleksdə hazırda enerji səmərəliliyinin artırılması üçün işlər aparılır. Sakinlər kommunikasiya xətlərini yeniləyib, divar və çardaqları izolyasiya edib, boruları və ümumi istifadədə olan pəncərələri dəyişdiriblər.


Mütəxəssislər binanın rəsmi olaraq dünyanın ən uzun evi olub-olmadığını mübahisəli hesab etsələr də, onun miqyasına görə unikal tikililərdən biri olduğunu bildirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin