18 milyonluq 2 tablonu muzeydən oğurladılar - FOTO

Hazırda oxunan: 18 milyonluq 2 tablonu muzeydən oğurladılar - FOTO

636420

Fransanın Kany-syur-Mer şəhərindəki “Renuar” muzeyindən Ogyüst Renuara aid 9 milyon avro dəyərində (təxminən 18 milyon manatdan çox) iki qiymətli tablo oğurlanıb.

Bizim.Media  xəbər verir ki, soyğunçular ümumilikdə dörd tablo çıxarsalar da, polisin gəldiyini görüb ikisini muzeyin həyətində ataraq qaçıblar.

Parisdəki “d'Orse” Muzeyindən müvəqqəti gətirilən “Madame Colonna Romano” və “Jeune Femme au Puits” əsərlərini isə aparmağa muvəffəq olublar.

Oğurlanan tablolardan birinin tarixi İkinci Dünya müharibəsinə dayanır. Həmin əsər faşist işğalı zamanı yəhudi kolleksiyaçıdan məcburi alınıb, sahibi isə Avşvitsdə qətlə yetirilib.

“Luvr” və “Lalik” muzeylərindən sonra baş verən bu qarət Fransada muzeylərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin