“Tramp Rusiyanı yox, Ukraynanı danlayır”: WSJ ABŞ prezidentinin mövqeyini tənqid etdi

Hazırda oxunan: “Tramp Rusiyanı yox, Ukraynanı danlayır”: WSJ ABŞ prezidentinin mövqeyini tənqid etdi

636509

Həftəsonu Rusiyanın pilotsuz uçuş aparatı Polşa sərhədi yaxınlığında Ukraynada sərnişin qatarının mühərrikinə dəyib. Eyni zamanda ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskiyə müraciət edərək onu Rusiyanın enerji obyektlərinə hücumları dayandırmağa çağırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) yazır.

“Varşava ilə Kiyev arasında sərnişin qatarları xətti mülki əhali üçün əsas marşrutlardan biridir və Kreml bunu yaxşı bilir.

Məlumatlara görə, həmin axşam başqa bir qatarda Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson, İsveçin keçmiş baş naziri Karl Bildt və Almaniya kansleri Fridrix Mertsin əsas müşaviri də olub. Rusiyanın məqsədi Ukraynanın həmin avropalı müttəfiqlərini hədəf almaq idimi?” – nəşr qeyd edir. 
 

Eyni zamanda Tramp bu hücuma heç bir reaksiya verməyib. Halbuki Kreml müharibənin növbəti qışı ərəfəsində Ukrayna xalqının həyatını mümkün qədər çətinləşdirməyə çalışır.


Lakin ABŞ prezidenti Zelenskiyə Ukraynanın Rusiya ərazisindəki yanacaq anbarlarına zərbə endirməsinin yolverilməz olduğu barədə xəbərdarlıq etməyə vaxt tapıb.

“Zelenski bir şeyi etməlidir. O, Rusiyanın dizel yanacağı ehtiyatlarını məhv etməyi dayandırmalıdır. Qoy hədəflərə zərbə vursun, amma dizel yanacağına yox, çünki bu, onun qıtlığına gətirib çıxarır. Məsələ Yaxın Şərqdə deyil. Məsələ Rusiya ilə Ukrayna arasında baş verənlərdədir”, – Tramp vurğulayıb.

WSJ yazır ki, ABŞ prezidentinin məntiqinə əsasən, Rusiya Ukraynada istənilən obyektə zərbə endirə bilər, lakin Ukrayna Rusiyaya cavab zərbələri endirərkən özünü məhdudlaşdırmalıdır.

“Tramp açıq şəkildə dizel yanacağının qiymətindən narahatdır. Lakin Yaxın Şərqdə İran və husilərin neft hasilatı və daşınmasına hücumları fonunda Ukraynanı günahlandırmaq genişmiqyaslı siyasi bəraət qazandırmaqdır. Bu, həm də strateji səhvdir, çünki Rusiya və İran öz münaqişələrində bir-birinə kömək edir. Görünür, Tramp bu müharibələri ayrı-ayrı kateqoriyalara bölə biləcəyini düşünür.

Hər dəfə bunu etdikdə Moskva və Tehrandakı rəqibləri öz bəxtlərinə sevinərək gülümsəyirlər”, – nəşr təhlil edir.

Bundan əvvəl The Hill yazmışdı ki, Tramp Putinə müharibəni cəzasız şəkildə davam etdirməyin mümkün olduğu mesajını verib. ABŞ-ın Kiyevdəki keçmiş səfiri Stiven Payfer xüsusilə vurğulayıb ki, Moskva Trampın tez bir zamanda razılaşma əldə etmək istəyindən istifadə edir.
 

“Öz yanaşmasını köklü şəkildə dəyişmədən Tramp administrasiyası Ukraynada sülhü yaxınlaşdırmayacaq. O, yalnız uğursuzluqlarını davam etdirəcək”, – Payfer xəbərdarlıq edib.


Eyni zamanda 2018–2019-cu illərdə Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Con Bolton bildirib ki, Putin Trampın tamamilə onun nəzarətində olduğunu düşünür. Onun sözlərinə görə, fəaliyyətsiz diplomatiya faydadan daha çox zərər gətirə bilər.

“Trampın beynəlxalq münasibətlər barədə yanlış təsəvvürlərinin Kremlın təhdidedici və ya qəbuledilməz davranışını kiçiltməsinə səbəb olması, bununla da onun özünün “qızıl əlini” itirdiyi təəssüratının yaranmamasına çalışması olduqca ironikdir”, – Bolton əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin