Türk Dövlətləri Təşkilatının (DİN) Müsəlman dini liderlərinin növbəti - 8-ci Görüşü Türkiyədə keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci görüşündə məlumat verib.
O qeyd edib ki, xüsusilə Türk dövlətlərinin birliyini, uğurlarını həzm edə bilməyən qüvvələr var:
"Belə bir zamanda biz dini liderlər dövlət rəhbərlərimizin müdrik siyasətlərinə xalqlarımız, dövlətlərimiz naminə mənəvi dəstək verməliyik. Türkdilli ölkələrin dini-mənəvi mühitinə xarici müdaxilələrin, ideoloji təxribatların, o cümlədən, islamofobiya, türkofobiya, separatçılıq, məzhəb ayrı-seçkiliyi, təkfirçilik, dini və irqi dözümsüzlük ideyalarının, nifrət çağırışlarının qarşısının alınmasına çalışmaq biz din xadimlərinin vətəndaşlıq borcu, mənəvi məsuliyyətidir".
Bizim.Media

- A-
- A
- A+
Siyasət
10:00 / 14.09.2026
TDT-nin Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə KEÇİRİLƏCƏK
Hazırda oxunan: TDT-nin Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə KEÇİRİLƏCƏK
Hazırda oxunan: TDT-nin Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə KEÇİRİLƏCƏK
636484
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































