Ukraynanın istefa vermiş baş prokuroru Ruslan Kravçenko sentyabrın 14-nə keçən gecə ölkəni tərk edib. Məlumata görə, o, gecə saat 02:30 radələrində xidməti avtomobillə Litvaya ezamiyyət bəhanəsi ilə sərhədi keçib.
Bizim.Media xəbər verir ki, Kravçenko daha sonra ölkədən getdiyini təsdiqləyərək xarici ezamiyyətdə olduğunu və beynəlxalq tərəfdaşları antikorrupsiya qurumlarının nəzarətsiz təsirinin yaratdığı risklər barədə məlumatlandıracağını bildirib.
Bundan əvvəl Kravçenko NABU rəhbəri Semyon Krivonos və SAP rəhbəri Aleksandr Klimenkoya yaxın şəxs barəsində şübhə bildirişləri imzaladığını açıqlamışdı.
NABU və SAP onun ittihamlarını rədd edib. Prezident Volodimir Zelenski isə Kravçenkonun yeganə yolunun vəzifədən azad edilmək olduğunu bildirib və Ali Radanı bu qərarı təxirəsalınmaz şəkildə dəstəkləməyə çağırıb.
Hakim “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya bildirib ki, Kravçenkonun istefası məsələsi sentyabrın 15-də Ali Radanın səsverməsinə çıxarılacaq.
Bizim.Media


































































































