İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı – FOTO

Hazırda oxunan: İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı – FOTO

636518

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
 

Bildirilib ki, sentyabr ayının 11-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanıb.


Belə ki, sərhəd dəstəsinin xidməti ərazisində saat 03:11-də İran İslam Respublikasından Azərbaycan Respublikasına paraplan vasitəsilə atılan ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin