Argentinanın final oyunundakı sirri açıldı: Rəqiblər bilməsin deyə gizlədiblər

Hazırda oxunan: Argentinanın final oyunundakı sirri açıldı: Rəqiblər bilməsin deyə gizlədiblər

626491

Argentina milli komandasının yarım müdafiəçisi Leandro Paredes 2026-cı il dünya çempionatında sınıq qabırğa ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Bolavip” nəşri yazır.

Yayımlanan məlumata əsasən, məhz bu zədə futbolçunun İspaniya yığması ilə keçirilən final matçında ilk dəqiqələrdən meydana çıxmasına mane olub. Zədə Paredesi bir həftədən çox incidib və bu, nəfəs almaqda çətinlik çəkməsinə səbəb olub.
 

Bildirilib ki, yığmanın məşqçiləri və tibbi heyəti, oyunçu və komanda ilə razılaşaraq zədə barədə məlumatı gizli saxlayıblar. Bunun məqsədi rəqiblərin yaranmış vəziyyətdən istifadə edərək Paredesə qarşı qəsdən kobudluq etməsinin qarşısını almaq olub.


Xatırladaq ki, İspaniya yığması DÇ-2026-nın finalında Argentina komandasını 1:0 hesabı ilə məğlub edib. Görüşün əsas vaxtı heç-heçə (0:0) başa çatsa da, ikinci əlavə vaxtda "Barselona"nın 26 yaşlı hücumçusu Ferran Torres yeganə qolu vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin