“Tottenhem”dən 100 milyonluq transfer

Hazırda oxunan: “Tottenhem”dən 100 milyonluq transfer

622953

İngiltərənin "Tottenhem" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, Premyer Liqa nəhəngi "Vest Hem"dən Mateuş Fernandeşi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

Bu keçid klub tarixinin ən bahalı transferi olub. Belə ki, "Tottenhem" portuqaliyalı yarımmüdafiəçi üçün onun klubuna 100 milyon təzminat ödəyib. 21 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.


Qeyd edək ki, Mateuş Fernandeş 2025-ci ilin yayından "Vest Hem"də çıxış edirdi. Portuqaliya millisinin üzvü 2025/26 mövsümündə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin