Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” sözügedən ölkədə daha bir yoxlama oyunu keçirib.
Bizim.Media xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Macarıstanın “Ferenstvaroş” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 1:0. Azərbaycan təmsilçisi günün ilk yoxlama matçında Ukraynanın “Xarkov” kollektivinə 2:6 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Avstriyadakı ilk yoxlama oyununda “Tirol”a 4 cavabsız qolla qalib gələn “Qarabağ” Bakıda “Zirə”ni üstələyib – 4:3.
Bizim.Media

- A-
- A
- A+
İdman
23:20 / 01.07.2026
“Qarabağ” “Ferentsvaroş”a da uduzdu
Hazırda oxunan: “Qarabağ” “Ferentsvaroş”a da uduzdu
Hazırda oxunan: “Qarabağ” “Ferentsvaroş”a da uduzdu
622755
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































