Cüdoçularımız Avropa çempionatında 10 medal QAZANDI - FOTO

Hazırda oxunan: Cüdoçularımız Avropa çempionatında 10 medal QAZANDI - FOTO

622743

İspaniyada keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının fərdi yarışlarını Azərbaycan millisi 10 medalla başa vurub.

Bizim.Media xəbər verir ki, qitə birinciliyinin üçüncü yarış günündə daha 3 cüdoçumuz fəxri kürsüdə yer alıb.
 

Ömər Axundov (-90 kq) finalda Litva idmançısı Tayus Babayçenkoya məğlub olaraq gümüş medala layiq görülüb. 81 kq çəki dərəcəsində çıxış edən Ayxan Həsənli və Yaqub Məmmədov isə yarışı bürünc medalla tamamlayıblar.


Daha əvvəl Zəhra Quliyeva (-40 kq) və Nihad Ağayev (-50 kq) qızıl, Fərid Rzazadə (-50 kq) və Sadiq Məmmədov (-73 kq) gümüş, İbrahim Talıbov (-55 kq), Könül Eyvazlı (-48 kq) və İlkin Qarayev (-66 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, sabah turnirin son günündə qarışıq komanda yarışı keçiriləcək. Azərbaycan millisi 1/8 finalda Çexiya yığması ilə qarşılaşacaq.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin