“Beşiktaş” 6 futbolçu ilə yollarını ayırdı

Hazırda oxunan: “Beşiktaş” 6 futbolçu ilə yollarını ayırdı

622730

Türkiyənin "Beşiktaş" klubu 6 futbolçu ilə yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
 

Super Liqa nəhəngi icarəyə götürdüyü Kristian Asllani ("İnter"), Jota Silva ("Nottingem Forest"), El Bila Ture ("Atalanta"), Cengiz Ünder ("Fənərbaxça") və Deniz Vaskeslə ("Roma") vidalaşıb.


"Beşiktaş" həmçinin Salih Uçanın iyunun sonunda başa çatan müqaviləsinin müddətini artırmayıb. 32 yaşlı yarımmüdafiəçi azad agent statusu ilə klubu tərk edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin