DÇ-2026: Fransa 1/8 finala vəsiqə qazandı – VİDEO

Hazırda oxunan: DÇ-2026: Fransa 1/8 finala vəsiqə qazandı – VİDEO

622531

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, Fransa millisi İsveç yığması ilə qarşılaşıb. Görüş Avropa təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Kilian Mbappe (2) və Bredli Barkolya vurublar.

Fransa millisi 1/8 finalda Paraqvayla üz-üzə gələcək.

DÇ-2026-da 1/16 finalın digər oyunu Bakı vaxtı ilə saat 05:00-da Meksika və Ekvador arasında keçiriləcək.

Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş və Norveç yığmaları 1/8 finala vəsiqə qazanıb.

<iframe width="1013" height="570" src="//www.youtube.com/embed/6KNrir0qs0Y" title="DÇ-26 | 1/16 final | Fransa - İsveç | İCMAL" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin