Xəbər verdiyimiz kimi, Nərimanov rayonu, Təbriz küçəsinin “böyük meydan” adlanan ərazisində söküntü işlərinə başlanılıb.
AYNA tərəfindən nəzərdə tutulmuş layihəyə əsasən, burada daha insanyönümlü mühit, eynisəviyyəli piyada keçidləri, velozolaqlar və ictimai nəqliyyat üçün əlverişli şərait yaradılacaq.
“Nərimanov" metro stansiyasının ətrafındakı piyada və nəqliyyat axını nəzərə alınaraq, avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacaq, yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq.
Bizim.Media xəbər verir ki, “Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, söküntü işləri səbəbindən “Nərimanov” stansiyasının ərazidə yerləşən çıxışı bağlanmayacaq:
“Bakı metropoliteninin “Nərimanov” stansiyasının yerləşdiyi ərazidə aidiyyəti qurumlar tərəfindən görülən işlər icra olunduğu müddətdə sərnişinlərin gediş-gəlişi üçün keçidlərin bağlanması, həmçinin sözügedən təmir işləri ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin hər hansı əlavə təmir və bərpa işlərinin təşkil etməsi nəzərdə tutulmur”. (yenisabah.az)
Bizim.Media

- A-
- A
- A+
İdman
21:53 / 30.06.2026
“Nərimanov” metrosunun çıxışı bağlanır? - Rəsmi açıqlama
Hazırda oxunan: “Nərimanov” metrosunun çıxışı bağlanır? - Rəsmi açıqlama
Hazırda oxunan: “Nərimanov” metrosunun çıxışı bağlanır? - Rəsmi açıqlama
622501
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































