Paraqvay Prezidenti Santyaqo Penya (Santiago Peña) milli komandanın dünya çempionatında Almaniya yığması üzərində qazandığı tarixi qələbədən sonra iyunun 30-nu ölkədə rəsmi bayram və qeyri-iş günü elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Paraqvay dövlət başçısı özünün "X" (keçmiş Twitter) sosial şəbəkə hesabında paylaşım edib.
Prezident komandanın bu böyük uğurunu yüksək qiymətləndirib:
"Paraqvay heç vaxt təslim olmur. Bu gün ölkəmizdə rəsmi bayram günüdür!", - deyə Penya vurğulayıb.
Qeyd edək ki, dünya çempionatının 1/16 final mərhələsi çərçivəsində keçirilən gərgin qarşılaşmada Paraqvay millisi Almaniya yığması ilə qarşılaşıb.
Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib.
Penaltiləri daha dəqiq yerinə yetirən paraqvaylılar (4:3) Almaniyanı turnirdən kənarlaşdıraraq mundialın 1/8 final mərhələsinə vəsiqə qazanıblar. Bu tarixi qələbə ölkədə böyük coşqu və izdihamla qeyd olunur.
Bizim.Media

- A-
- A
- A+
İdman
10:46 / 30.06.2026
Tarixi qələbədən sonra bu günü tətil elan etdilər – Video
Hazırda oxunan: Tarixi qələbədən sonra bu günü tətil elan etdilər – Video
Hazırda oxunan: Tarixi qələbədən sonra bu günü tətil elan etdilər – Video
622334
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































