DÇ-2026: Mərakeş millisi Niderlandı mundialdan kənarlaşdırdı - VİDEO

Hazırda oxunan: DÇ-2026: Mərakeş millisi Niderlandı mundialdan kənarlaşdırdı - VİDEO

622297

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında növbəti sensasiya qeydə alınıb.

Bizim.Media xəbər verir ki, 1/16 finalda Mərakeş millisi ilə qarşılaşan Niderland yığması məğlub olaraq mundialda mübarizəni dayandırıb.

Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Avropa təmsilçisinin heyətində 72-ci dəqiqədə Kodi Qakpo, afrikalılardan isə 90+1-ci dəqiqədə İssa Diop fərqlənib.

Əlavə vaxtda tarazlıq pozulmadığından qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik cərimə zərbələrini daha dəqiq (3:2) yerinə yetirən Mərakeş millisi adını 1/8 finala yazdırıb. Bu komanda növbəti mərhələdə Fransa - İsveç cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl baş tutan oyunlarda Kanada Cənubi Afrika Respublikasına, Braziliya Yaponiyaya, Paraqvay isə Almaniyaya qalib gələrək 1/8 finala adlayıb.

<iframe width="1013" height="570" src="//www.youtube.com/embed/-hMSi9zC7ns" title="Niderland - Mərakeş görüşündə hesab açıldı" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin