İtaliya klubu “Beşiktaş”dan 15 milyon tələb edir

Hazırda oxunan: İtaliya klubu “Beşiktaş”dan 15 milyon tələb edir

622261

"Latsio"nun müdafiəçisi Nunu Tavareş karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Beşiktaş" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
 

İstanbul nəhəngi 26 yaşlı sol cinah müdafiəçisi üçün 10 milyon avroluq təklif göndərib. İtaliya klubu isə 15 milyon avro tələb edir.


Qeyd edək ki, "Latsio" Nunu Tavareşi 2024-cü ilin yayında "Arsenal"dan transfer edib.

Portuqaliya millisinin üzvü 2025/26 mövsümündə Roma təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin