“Qarabağ”ın daha bir futbolçusu Ukrayna klubuna KEÇİR?

Hazırda oxunan: “Qarabağ”ın daha bir futbolçusu Ukrayna klubuna KEÇİR?

622204

Ötən həftə Ukraynanın "Polessye" klubu "Qarabağ"dan 3 milyon avro qarşılığında Leandro Andradeni heyətinə qatıb. Amma ukraynalılar bununla kifayətlənmək istəmir.

Bizim.Media xəbər verir ki, Ukraynanı Konfrans Liqasında təmsil edəcək klub "Qarabağ"ın daha bir futbolçusunu istəyir.
 

Belə ki, Aleksey Kaşukun da "Polessye"nin yolunu tutacağı gözlənilir. 27 yaşlı futbolçunun adıçəkilən kluba keçidi bu yay, ən pis halda isə qış transfer pəncərəsi zamanı reallaşa bilər.


Qeyd edək ki, ukraynalı futbolçunun "Qarabağ"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin