"Neftçi" ukraynalı hücumçu Filipp Budkovskini transfer etmək istəyir.
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi "Zarya"nın təcrübəli hücumçusu ilə müqavilə bağlamaq üçün danışıqlara başlayıb.
Paytaxt təmsilçisi ilə yeni müqavilə imzalayan baş məşqçi Yuri Vernidub həmyerlisini sərəncamında görmək istəyir.
Qeyd edək ki, Filipp Budkovski karyerası ərzində Ukraynanın "Şaxtyor" (Donetsk), "İlliçivets", "Sevastopol", "Zarya", "Desna", "Polissya", Rusiyanın "Anji", Belçikanın "Kortriyk" və Fransanın "Soşo" klublarında çıxış edib.
O, ötən mövsüm "Zarya"nın heyətində 29 oyunda meydana çıxaraq 13 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media


































































































