Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirində Azərbaycan millisinin üzvü Murad Fətiyev bürünc medal qazanıb.
Bizim.Media xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən cüdoçu üçüncü yer uğrunda görüşdə Qırğızıstan təmsilçisi Erjan Kanatbekovu məğlub edib.
Bununla da Azərbaycan yığması turniri 1 qızıl və 3 bürünc medalla başa vurub. Daha əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Əhməd Yusifov (60 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medal əldə etmişdilər.
57 ölkənin təmsil olunduğu yarışda Azərbaycan millisi ümumi komanda hesabında dördüncü, kişilər arasında isə üçüncü yeri tutub.



Bizim.Media

- A-
- A
- A+
İdman
20:21 / 28.06.2026
Murad Fətiyev Sindao Qran-Prisinin bürünc medalını qazandı - FOTO
Hazırda oxunan: Murad Fətiyev Sindao Qran-Prisinin bürünc medalını qazandı - FOTO
Hazırda oxunan: Murad Fətiyev Sindao Qran-Prisinin bürünc medalını qazandı - FOTO
622058
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































