DÇ-2026: Messi mundiallar tarixində 19-cu qolunu vurdu - VİDEO

Hazırda oxunan: DÇ-2026: Messi mundiallar tarixində 19-cu qolunu vurdu - VİDEO

621936

Futbol üzrə dünya çempionatında J qrupunun sonuncu – III turunun oyunları başa çatıb.

Bizim.Media  xəbər verir ki, Argentina millisi İordaniya seçməsini böyük hesabla məğlub edib. Dallas stadionunda keçirilən qarşılaşma Cənubi Amerika təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Görüşün 80-ci dəqiqəsində Lionel Messi cərimə zərbəsindən vurduğu dəqiq qolla komandasının üstünlüyünü möhkəmləndirib.

Qrupun paralel keçirilən digər oyununda isə bol qollu heç-heçə qeydə alınıb. Kanzas stadionunda baş tutan Əlcəzair - Avstriya matçı 3:3 hesabı ilə başa çatıb.

Xatırladaq ki, Messinin vurduğu qol mundiallar tarixində 19-cudur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin