"Qarabağ" legioner futbolçusu ilə yollarını ayırdı

Hazırda oxunan: "Qarabağ" legioner futbolçusu ilə yollarını ayırdı

621841

“Qarabağ” futbolçusu Leandro Andradenin transferi ilə bağlı Ukraynanın “Polesye” klubunun təklifini yarımmüdafiəçinin istəyini nəzərə alaraq müsbət cavablandırıb.

Bizim.Media xəbər verir ki, klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.

2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinən kabo-verdeli futbolçu komandanın heyətində 2021-2022-ci, 2022-2023-cü, 2023-2024-ci və 2024-2025-ci illər mövsümlərində Azərbaycan çempionu olub, 2021-2022-ci və 2023-2024-cü illər mövsümlərində Azərbaycan kubokunu qazanıb.
 

Komandanın 2023-2024-cü illər mövsümündə UEFA Avropa Liqasının 1/8 finalına, 2025-2026-cı illər mövsümündə UEFA Çempionlar Liqasının pley-offuna yüksəlməsində əməyi olan Andrade 2022-2023-cü və 2024-2025-ci illər mövsümlərində UEFA Avropa Liqasının əsas, 2021-2022-ci və 2022-2023-cü illər mövsümlərimdə UEFA Konfrans Liqasının pley-off mərhələlərinin iştirakçısı olub.


Leandro “Qarabağ”da keçirdiyi ümumilikdə 213 matçda 60 qol vurub.

Andrade “Qarabağ”da oynadığı müddətdə Avropa miqyaslı klub turnirlərinin tarixinə düşüb. O, əsas mərhələlərin üç fərqli matçının 1-ci dəqiqəsində qol sevinci yaşayan ilk və yeganə oyunçudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin