Bəhlul Mustafazadənin zədəsi ilə bağlı "Qarabağ"dan AÇIQLAMA

Hazırda oxunan: Bəhlul Mustafazadənin zədəsi ilə bağlı "Qarabağ"dan AÇIQLAMA

621731

“Qarabağ” futbolçusu Bəhlul Mustafazadənin durumu ilə bağlı açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, müdafiəçi müalicəsini və fərdi reabilitasiya proqramını xaricdə davam etdirir.

Aparılan müayinələrin nəticələrinə əsasən, Bəhlula xroniki simfizit - qasıq nahiyəsində xroniki zədə diaqnozu qoyulub. Futbolçunun vəziyyəti mütəmadi nəzarətdə saxlanılır və bərpa prosesi plan üzrə davam edir.

Klubun məlumatına görə, əvvəlki zədə ilə bağlı əməliyyatdan sonrakı bərpa prosesi tam normal gedir. Həmin nahiyədə hər hansı narahatlıq və ya problem qeydə alınmayıb.

Bəhlul Mustafazadənin təxminən 5 həftə ərzində meydanlara qayıdacağı gözlənilir. Onun dəqiq qayıdış vaxtı funksional qiymətləndirmənin nəticələrinə əsasən müəyyən ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin