“Neftçi” “Verona”nın sabiq futbolçusu ilə RAZILIĞA GƏLDİ

Hazırda oxunan: “Neftçi” “Verona”nın sabiq futbolçusu ilə RAZILIĞA GƏLDİ

621546

"Neftçi" növbəti transferə hazırlaşır.

Bizim.Media xəbər verir ki, “ağ-qaralar” Slovakiya millisinin üzvü Lubomir Tupta ilə anlaşıb.

Yunanıstanın AEL klubunda oynayan 28 yaşlı futbolçunun yaxın günlərdə Azərbaycana gələrək, rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir.

Onun Larissa təmsilçisi ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Qeyd edək ki, Tupta “Visla”(Krakov)”, “Verona”, “Askoli”, “Sion”, “Slovan”(Liberets), “Peskara”, “Vidzev Lodz” kimi klublarda oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin