Bədii gimnastika üzrə çempionatda Rusiya bayrağı və himni qadağan edildi

Hazırda oxunan: Bədii gimnastika üzrə çempionatda Rusiya bayrağı və himni qadağan edildi

621522

Rusiya idmançılarına tətbiq olunan bütün məhdudiyyətlərin rəsmi olaraq ləğv edilməsinə baxmayaraq, Rumıniyanın rəsmi nümayəndəsi bədii gimnastika üzrə beynəlxalq turnirdə bu ölkənin dövlət rəmzlərindən istifadə olunmasına icazə verməyib.

Bizim.Media xəbər verir ki, bu barədə bəyanatla Rumıniyanın Kluj-Napoka şəhərinin meri çıxış edib.

Şəhər rəhbəri bu addımını Avropa İttifaqının mövqeyi ilə əsaslandıraraq qərarının qəti olduğunu bildirib:
 

"Bu məsələnin tamamilə aydın və birmənalı olmasını istəyirəm. Təcavüzkar dövlətin rəmzlərinin Aİ ölkəsində istifadə edilməsi ilə razı deyiləm", — deyə mer vurğulayıb.


Mövcud qaydalara əsasən, merin bu qərarı Rumıniya idmanı üçün ciddi sanksiyalarla nəticələnə bilər. Belə ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) və Beynəlxalq Gimnastika Federasiyasının (FIG) nizamnaməsinə görə, siyasi müdaxiləyə görə Kluj-Napoka şəhəri yarışlara ev sahibliyi etmək hüququndan məhrum edilməli, Rumıniya Gimnastika Federasiyası və ölkənin gimnastları isə beynəlxalq turnirlərdən kənarlaşdırılmalıdır.

Ekspertlər və idman şərhçiləri qeyd edirlər ki, yerli hakimiyyətin bu addımı həm də idman rəqabəti ilə bağlı ola bilər. Belə ki, şəhər rəhbərliyi bir ay əvvəl Bolqarıstanda keçirilən Avropa çempionatında olduğu kimi, rusiyalı gimnastların bu turnirdə də ən çox medal qazanaraq dominantlıq edəcəyindən ehtiyatlanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin