Argentina millisinin ulduz hücumçusu Lionel Messi jurnalistlərə gələcəyi ilə bağlı danışıb.
Bizim.Media “fanat.az”a isrinadla xəbər verir ki, Leonun fikirlərini tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
Hələ bir müddət də yüksək səviyyədə oynamağa davam etmək istəyirəm. Nə qədər ki, komandamın qələbələrinə töhfə verə bilirəm. Fiziki cəhətdən özümü yaxşı hiss etdiyim müddətcə oynamağa davam edəcəyəm. DÇ-2030-da iştirak? Bilmirəm. Məsələ burasındadır ki, hazırda bu barədə düşünmürəm. O qədər də irəlini düşünmürəm. Mən indiki zamanda yaşayıram".
Xatırladaq ki, bu gün, 24 iyunda Lionel Messinin 39 yaşı tamam olur.
Təcrübəli hücumçu hazırda davam edən dünya çempionatında iki oyunda 5 qol vurub. Argentina millisi qrup mərhələsinin son oyununda İordaniya ilə qarşılaşacaq.
Bizim.Media





































































































