Futbol üzrə dünya çempionatında Portuqaliya Özbəkistana qalib gəlib.
Bizim.Media xəbər verir ki, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar 5:0 hesabı ilə qələbə qazanıblar.
Portuqaliyalıların lideri və kapitanı Kriştianu Ronaldo bu görüşdə dublla (6, 39) yadda qalıb.
Digər qolları isə Nunu Mendeş (17), Abdukodir Xusanov (60-öz qapısına) və Rafael Leao (87) vurub.
Qeyd edək ki, qrupun digər oyununda, saat 06:00-da Kolumbiya yığması Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.
Bizim.Media


































































































