“Turan Tovuz”dan ayrıldı, “Şamaxı”ya keçir

Hazırda oxunan: “Turan Tovuz”dan ayrıldı, “Şamaxı”ya keçir

620867

“Turan Tovuz”dan ayrılan Şəhriyar Əliyev karyerasını “Şamaxı”da davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, bölgə klubu 33 yaşlı müdafiəçi ilə danışıq aparır. Komandanın baş məşqçisi Azər Bağırov Əliyevi komandasında görmək arzusundadır.

Şəhriyar 2022-ci ildən “Turan Tovuz”da çıxış edirdi. Tovuz klubu onunla müddəti başa çatan müqaviləni uzatmayıb.

Şəhriyar daha əvvəl “Kəpəz”, “Sumqayıt”, “Keşlə” (indiki “Şamaxı”) klublarında forma geyinib. O, Azərbaycan yığmasında üç oyuna çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin