“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, Ağdam klubu yamaykalı vinger Renaldo Sefasla anlaşıb.
Onunla bütün məsələlərdə razılıq əldə olunub və futbolçu “Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışına qatılıb. Renaldo Sefas Ağdam klubunu tərk edəcək Leandro Andradenin yerinə heyətə qatılıb.
Qeyd edək ki, Renaldo Sefas peşəkar karyerasına Yamaykanın “Arnett Qardens” klubunda başlayıb. 2022-ci ildə o, Şimali Makedoniyanın “Şkupi” klubuna keçib. Burada bir il oynadıqdan sonra isə Türkiyənin “Ankaragücü” klubuna transfer olunub.
Ankara təmsilçisində 2 mövsüm keçirib. Orada 58 oyunda 11 qol vurub. 2025-ci ildən isə o, Rusiyanın “Pari Nijniy Novqorod” klubunda oynayır. O, bu klubda 25 oyuna çıxıb və 1 qol vurub.
“Qarabağ” onu transfer məbləği ödəyərək heyətinə qatıb. Çünki Sefasın ruslarla müqaviləsi var.
Bizim.Media




























































































