Şimali Amerikada (ABŞ, Kanada və Meksika) keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin ikinci turu çərçivəsində İspaniya milli komandası ABŞ-nin Atlanta şəhərində Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşır. Artıq komandaların meydançaya çıxacaq ilk 11-likləri məlum olub.
Bizim.Media xəbər verir ki, baş məşqçilər matça aşağıdakı start heyətləri ilə başlayacaqlar:
İspaniya: Simon, Kubarsi, Laport, Kukurelya, Porro, Rodri, Pedri, Olmo, Yamal, Oyarzabal, Baena.
Səudiyyə Ərəbistanı: Əl-Ovais, Əl-Tambakti, Əl-Amri, Əbdülhəmid, Əl-Hərbi, Kanno, Əl-Xaybari, Əl-Cuvair, Əl-Dovsari, Əl-Şamat, Əl-Buraykan.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Turnirin favoritlərindən hesab olunan İspaniya yığması bu oyunda növbəti xallarını qazanaraq qrupdan çıxmaq şanslarını rəsmiləşdirmək niyyətindədir.

Bizim.Media

- A-
- A
- A+
İdman
18:46 / 21.06.2026
DÇ-2026: İspaniya və Səudiyyə Ərəbistanının start heyətləri açıqlandı - FOTO
Hazırda oxunan: DÇ-2026: İspaniya və Səudiyyə Ərəbistanının start heyətləri açıqlandı - FOTO
Hazırda oxunan: DÇ-2026: İspaniya və Səudiyyə Ərəbistanının start heyətləri açıqlandı - FOTO
620639
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































