Fərman Həsənov: UFC-də məqsədim titul uğrunda döyüşməkdir

Hazırda oxunan: Fərman Həsənov: UFC-də məqsədim titul uğrunda döyüşməkdir

620581

Azərbaycanlı UFC döyüşçüsü Fərman Həsənov Bakıda keçiriləcək UFC turniri ərəfəsində hazırlıq prosesi və qarşıdakı hədəfləri barədə fikirlərini bölüşüb.

Bizim.Media  xəbər verir ki, idmançı UFC-də çıxış etməyi uzun illər arzuladığını bildirib.

“UFC mənim üçün hər zaman həm məqsəd, həm də arzu olub. Bu gün artıq dünyanın ən güclü təşkilatında çıxış edirəm. Lakin mənim üçün bu, yolun yalnız başlanğıcıdır.

Məqsədim özümü ən yüksək səviyyədə sübut etmək, ardıcıl qələbələr qazanmaq və titul uğrunda döyüşməkdir. Özümü heç bir rəqibdən zəif hesab etmirəm və hər qarşılaşmaya qalib gəlmək niyyəti ilə çıxıram”, – deyə F.Həsənov vurğulayıb.

O, UFC turnirinin Bakıda təşkil olunmasını ölkə idmanı üçün əlamətdar hadisə kimi dəyərləndirib:

“Bu, Azərbaycan üçün çox böyük hadisədir. Həmin gün dünyanın diqqəti ölkəmizə yönələcək. Belə bir tarixi turnirin iştirakçısı olmaq mənim üçün böyük qürurdur”.

F.Həsənov doğma azarkeşlər qarşısında çıxış etməyin ona əlavə motivasiya verdiyini də bildirib:

“Əlbəttə, məsuliyyət böyükdür. Ancaq bunu təzyiq kimi deyil, əlavə stimul kimi qəbul edirəm. Arenada minlərlə azarkeşin dəstəyini hiss etmək hər bir döyüşçü üçün xüsusi hissdir”.

Azərbaycanlı idmançı azarkeşləri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək UFC gecəsinə qatılmağa və yerli döyüşçülərə dəstək olmağa çağırıb.

Qeyd edək ki, UFC turniri iyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Gecənin əsas döyüşündə yüngül çəki dərəcəsində çıxış edən Azərbaycan təmsilçisi Rafael Fiziev meksikalı Manuel Torreslə qarşılaşacaq. Fərman Həsənov isə ABŞ təmsilçisi Erik Nolanla üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin