Dünya çempionatında İLK: Baş məşqçi oyundan sonra QOVULDU

Hazırda oxunan: Dünya çempionatında İLK: Baş məşqçi oyundan sonra QOVULDU

619459

Tunis millisinin baş məşqçisi Sabri Lamuşi 2026-cı il futbol üzrə dünya çempionatında İsveçə 1:5 hesabı ilə məğlub olduqları ilk oyundan sonra vəzifəsindən uzaqlaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə idman jurnalisti Romen Molina “X” sosial səhifəsində paylaşım edib.

Qeyd edək ki, bu gün F qrupunda keçirilən oyunda İsveç millisi Tunisə 5-1 hesabı ilə qalib gəlib.

54 yaşlı mütəxəssis Tunis yığmasını 2026-cı ilin yanvar ayından çalışdırırdı. Onun müqaviləsi 2028-ci ilin iyul ayına qədər nəzərdə tutulmuşdu.

Xatırladaq ki, ilk turda baş məşqçinin istefaya göndəriulməsi Dünya çempionatı tarixində bir ilkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin