Komandası 7-1 uduzsa da, sevinc göz yaşlarını saxlaya bilmədi - FOTO

Hazırda oxunan: Komandası 7-1 uduzsa da, sevinc göz yaşlarını saxlaya bilmədi - FOTO

619435

Tanınmış futbol mütəxəssisi, Kürasao millisinin baş məşqçisi Dik Advokat Dünya Kuboku qarşılaşması öncəsi və oyunun gedişində yaşadığı emosional anlarla diqqət mərkəzinə düşüb.

Bizim.Media xəbər verir ki, 78 yaşlı təcrübəli mütəxəssis, Kürasao milli futbol komandasının Almaniya ilə matçından əvvəl göz yaşlarını saxlaya bilməyib.

Məlumata görə, uzun illər böyük futbol turnirlərdə mühüm uğurlara imza atan Advokat, qızının səhhətindəki problemlərə görə bir müddət əvvəl Kürasao millisini tərk etmişdi. O, komandanı Dünya Kubokuna çıxardıqdan sonra vəzifəsindən ayrılmış, lakin turnirdən öncə yenidən milli komandanın sükanı arxasına qayıtmaq qərarı vermişdi.

78 yaşlı mütəxəssisin emosional vəziyyəti yalnız matç öncəsi ilə məhdudlaşmayıb.
 

Almaniya ilə keçirilən oyunda Kürasaonun Dünya Kuboku tarixində ilk qolunu vurması da stadionda böyük sevincə səbəb olub. Belə ki, Livano Comenencianın qolu zamanı Advokat yenidən göz yaşlarını saxlaya bilməyib.


Bütün bu hadisələr fonunda Almaniyanın 7:1 hesablı qələbəsi qeydə alınsa da, Kürasao üçün tarixi anlar yaşanıb. Ada dövlətinin Dünya Kubokunda ilk dəfə iştirak etməsi və ilk qolunu vurması komanda üçün əlamətdar hadisə kimi tarixə düşüb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin