Arda Turan hamını qabaqladı

Hazırda oxunan: Arda Turan hamını qabaqladı

619296

“Şaxtyor”un (Donetsk) baş məşqçisi Arda Turan Ukrayna Premyer Liqasında mövsümün ən yaxşı məşqçisi elan edilib.

Bizim.Media xəbər verir ki, məlumatı Ukrayna mətbuatı yayıb.

Klublar arasında keçirilən ənənəvi sorğuda türk mütəxəssis 1-ci, LNZ-nin çalışdırıcısı Vitali Ponomaryov 2-ci, “Polessya”nın baş məşqçisi Ruslan Rotan 3-cü olub.

Turan geridə qalan mövsümdə “Şaxtyor”u Ukrayna çempionluğuna daşıyıb. “Mədənçilər” onun rəhbərliyi altında UEFA Konfrans Liqasının yarımfinalına qədər də irəliləyib. (fanat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin