Azərbaycanın 3x3 basketbol milliləri Priştinada yarımfinal matçına çıxır

Hazırda oxunan: Azərbaycanın 3x3 basketbol milliləri Priştinada yarımfinal matçına çıxır

619204

Azərbaycanın həm kişi, həm də qadınlardan ibarət 3x3 basketbol milliləri Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa kubokunun seçmə mərhələsində bu gün yarımfinal oyununa çıxacaqlar.

Bizim.Media xəbər verir ki, qadınlardan ibarət yığma Kosovo ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Kişilərdən ibarət komanda isə Kiprlə qarşılaşacaq. Bu görüşə saat 19:00-da start veriləcək.

Qeyd edək ki, kişilərdən ibarət kollektiv qrup mərhələsində Malta (18:16) və San Marinonu (21:20) məğlub edib, Albaniyaya isə uduzub (20:21). Qadınlardan ibarət yığma isə Kipr (16:10) və Maltadan (15:14) güclü olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin