Növbəti mövsümdə ölkə klublarına ayrılacaq vəsait BƏLLİ OLDU

Hazırda oxunan: Növbəti mövsümdə ölkə klublarına ayrılacaq vəsait BƏLLİ OLDU

619106

2025/2027 mövsümündə dövlət tərəfindən klublara ayrılacaq vəsaitin məbləği bəlli olub.

Bizim.Media “qol.az”a istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasında çıxış edəcək klublar üçün ediləcək yardımın məbləğində dəyişiklik olmayacaq.
 

Ötən mövsümdə olduğu kimi, Premyer Liqa klublarına ümumən yenə 30 milyon manat ayrılacaq. Bu isə 12 klub arasında bölünəcək. Yəni hər kluba illik 2.5 milyon manat veriləcək.


1 və 2-ci liqa klublarına ayrılan vəsaitdə də dəyişiklik yoxdur. 1-ci liqada yarışacaq 10 komandanın hər birinə bir mövsüm üçün 300 min, 2-ci liqada yarışan 12 klubun hər birinə isə 58 min manat (bir mövsüm üçün) ödəniləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin