Bakıda keçirilən Çövkən üzrə 2-ci dünya çempionatının yarımfinal mərhələsində Azərbaycan və Uruqvay milli komandaları qarşılaşıb.
Bizim.Media xəbər verir ki, böyük maraqla izlənilən görüşdə Azərbaycan millisi yüksək oyun intizamı, əzmkar mübarizəsi və üstün performansı ilə seçilib.
Qarşılaşma boyunca oyuna nəzarəti əlində saxlayan komandamız rəqib qapısından 3 cavabsız top keçirərək Uruqvay millisi üzərində 3:0 hesablı inamlı qələbə qazanıb.
Qazanılan möhtəşəm qələbə nəticəsində Azərbaycan millisi Çövkən üzrə 2-ci dünya çempionatının final mərhələsinə vəsiqəni əldə edib.
Beləliklə, komandamız dünya çempionluğu uğrunda həlledici mübarizəyə yüksələrək Azərbaycanın idman salnaməsinə növbəti parlaq səhifə yazmışdır.
Final görüşündə milli komandamızın əsas hədəfi ölkəmizə dünya çempionluğu titulunu qazandırmaq olacaq.










Bizim.Media

- A-
- A
- A+
İdman
21:40 / 12.06.2026
Azərbaycan millisi finala vəsiqə qazandı - FOTO
Hazırda oxunan: Azərbaycan millisi finala vəsiqə qazandı - FOTO
Hazırda oxunan: Azərbaycan millisi finala vəsiqə qazandı - FOTO
618974
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































