Ötən mövsüm icarə əsasında “Kəpəz”də çıxış etmiş “Turan Tovuz”un futbolçusu Sadiq Şəfiyev yeni mövsümdən etibarən karyerasını ölkə xaricində davam etdirəcək.
Bizim.Media xəbər verir ki, 20 yaşlı hücumçu Slovakiya klubu ilə anlaşıb.
Şəfiyev Slovakiyanın II Liqasında çıxış edən “Petrzalka” ilə razılıq əldə edib. Transferin yaxın həftələrdə rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, Sadiq Şəfiyev ötən mövsümü icarə əsasında “Kəpəz”də keçirib. 20 yaşlı hücumçu Gəncə təmsilçisinin heyətində 13 oyuna çıxıb və 1 qol vurub.
Bizim.Media
































































































