DÇ-2026: Kanada və ABŞ yığmaları ilk oyunlarına çıxacaq

Hazırda oxunan: DÇ-2026: Kanada və ABŞ yığmaları ilk oyunlarına çıxacaq

618923

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatının B qrupunda mübarizəyə bu gün start veriləcək.

Bizim.Media xəbər verir ki, ev sahibi komandalardan Kanada Bosniya və Herseqovinanı sınağa çəkəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Sabah, saat 05:00-da isə D qrupunda ABŞ - Paraqvay matçı baş tutacaq.

DÇ-2026

B qrupu

I tur

12 iyun

23:00. Kanada - Bosniya və Herseqovina

Baş hakim: Fakundo Telyo (Argentina).

Toronto stadionu

13 iyun

D qrupu

I tur

05:00. ABŞ - Paraqvay

Baş hakim: Denni Makkeli (Niderland).

Los Anceles stadionu

Xatırladaq ki, 48 komandanın iştirak etdiyi DÇ-2026 iyulun 19-da başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin