Xəbər verdiyimiz kimi, Meksikada futbol üzrə dünya çempionatına start verilib.
Bizim.Media xəbər verir ki, açılış oyununda ev sahibi Meksika millisi Cənubi Afrika yığması ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.
Bununla yanaşı, turnirin ilk günündə stadion ətrafında gərgin anlar da yaşanıb.
Yerli media və sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi azarkeşlərin və etirazçı qrupların stadion ətrafında polis ilə qarşıdurmaya girdiyi əks olunub.
Məlumata görə, biletsiz şəxslərin stadiona daxil olmağa çalışması nəticəsində iğtişaş yaranıb. Hadisələr zamanı bəzi nəqliyyat vasitələrinə ziyan dəyib, polis isə təhlükəsizlik tədbirlərini gücləndirib.
Qeyd edək ki, 2026 FIFA Dünya Kuboku tarixdə ilk dəfə olaraq ABŞ, Meksika və Kanada tərəfindən birgə təşkil olunur. Turnirdə ümumilikdə 48 milli komanda iştirak edir.
Bizim.Media




































































































