Uzun illərdən sonra yenidən dünya çempionatında iştirak edən bəzi komandalar turnirdə uğur qazanmaq üçün qeyri-adi hazırlıq üsullarına əl atıblar.
Bizim.Media xəbər verir ki, onlardan biri də Norveç yığmasıdır.
Norveç mediasının məlumatına görə, milli komanda ABŞ-da keçirilən mundiala yüzlərlə kiloqram yerli ərzaq məhsulu və tanınmış aşpazlardan ibarət komanda ilə yollanıb.
Belə ki, komanda ABŞ-a təxminən 300 kiloqram qızılbalıq, 116 kiloqram pendir, 6 min portağal və digər ərzaq məhsulları aparıb. Məqsəd futbolçuların turnir ərzində alışdıqları qidalarla qidalanmasını təmin etməkdir.
Məşqçilər heyəti hesab edir ki, tanış qida rasionu futbolçuların özlərini daha rahat hiss etməsinə, diqqətlərini oyuna yönəltməsinə və yüksək performans göstərməsinə kömək edəcək.
Bizim.Media





































































































