Azərbaycan boks tarixində İLK: Anar Babanlı beynəlxalq hakimlər üzrə ekspert oldu

Hazırda oxunan: Azərbaycan boks tarixində İLK: Anar Babanlı beynəlxalq hakimlər üzrə ekspert oldu

618267

Azərbaycanlı beynəlxalq dərəcəli boks hakimi Anar Babanlı hakimlər üzrə ekspert imtahanından uğurla keçib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

O, bu nailiyyətə Taylandın paytaxtı Banqkokda gənclər arasında baş tutan Olimpiya Təsnifat Kubokunda imza atıb.
 

"World Boxing" lisenziya xarakterli yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini, Babanlının bundan sonra hakimlərin işini qiymətləndirəcəyini açıqlayıb. Bu, Azərbaycan boks tarixinə ilk kimi düşüb.


Anar Babanlı Tokio-2020 Yay Olimpiya Oyunlarında, 2 dünya, 10-dan çox Avropa və Asiya çempionatlarında referilik edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin